Samsung Galaxy S9 "ildırım sürətli" olacaq


Digərləri 14 Okt 2017 07:42:00 306 0

Samsung Galaxy S9 "ildırım sürətli" olacaq

"Samsung" şirkəti buraxılacaq qabaqcıl "Galaxy S9" və "S9+" modelləri üçün "Qualcomm Snapdragon 845" prosessorlarının alışını həyata keçirib.  

Son.az ICTnews-a istinadən bildirir ki, "Snapdragon 845" çipi ilə ABŞ bazarı üçün nəzərdə tutulan "Galaxy S9" və "S9+" modellərinin təchiz ediləcəyi gözlənilir. Digər smartfon istehsalçıları yeni prosessoru Cənubi Koreya şirkətindən gec əldə edəcəklər. Bu isə öz növbəsində "Samsung" şirkətinə rəqiblər üzərində üstünlük qazanmağa imkan verəcək.

Məlumata görə, oxşar vəziyyət bu ilin əvvəlində "S8" və "Snapdragon 835" ilə bağlı baş verib. "Samsung" satışa çıxarılan bütün çipləri satın alaraq "LG" şirkətini "G6" modelində köhnə "Snapdragon 821" prosessorundan istifadəyə məcbur edib, digər şirkətlər isə tədarükləri lazımi sayda təmin etmək üçün qabaqcıl smartfonların buraxılışını bir neçə ay müddətinə təxirə salmalı olublar.  

Bildirilir ki, "S9" və "S9+" qurğuları adəti üzrə əvvəllər olduğundan 1 ay tez - növbəti ilin martın ortalarında satışa çıxarılacaq. Bunun belə olacağı təqdirdə yeni qabaqcıl "Samsung" smartfonlarının fevralın sonunda "Mobile World Congress" konfransında nümayiş olunacağını ehtimal etmək olar.