Berluskoni sevgilisinin bacısının toyuna getdi FOTO


Digərləri 14 Okt 2017 07:49:00 511 0

Berluskoni sevgilisinin bacısının toyuna getdi  FOTO

İtaliyanın sabiq baş naziri Silvio Berluskoni qeyri-rəsmi nikahda olduğu sevgilisi Françeska Paskalın kiçik bacısı Marianna Paskalın toyuna qatılıb. Son.az Corriere della Sera-ya istinadən bildirir ki, 81 yaşlı S.Berluskoni 4 ildən bəri birlikdə yaşadığı 32 yaşlı F.Paskalla birlikdə İtaliyanın cənub-qərbindəki Salerno əyalətinə, Ravello bölgəsindəki Qarqulo şəhərinə yollanmışdı.

Marianna Paskalla Karlo Paskualenin toyu bu şəhərdə idi.

Şəhər meriyasındakı nikah mərasiminə 50 qonaq qatılmışdı.


Xəbərə aid fotolar