Dubay aeroportunda sərnişinlər üzdən tanınacaq


Digərləri 14 Okt 2017 07:21:00 317 0

Dubay aeroportunda sərnişinlər üzdən tanınacaq

Dubay Beynəlxalq aeroportu "Emirates" aviaşirkəti ilə əməkdaşlıq çərçivəsində uçan sərnişinlərin sifətinin tanınması sistemini tətbiq etməyi planlaşdırır.

Sərnişinlər bir növ akvariumu xatırladan dəhlizin içərisindən keçməli olacaqlar. Dəhlizin daxilində sifətin tanınması və gözün qüzehi qişasının skan edilməsi üçün təxminən 80 kamera quraşdırılacaq, divarlara proyeksiya edilmiş peyzajlar isə insanların başlarını döndərməsinə stimul verəcək ki, bu da tanıma dəqiqliyini artıracaq.

Son.az ICTnews-a istinadən bildirir ki, prosedurdan uğurlu keçən sərnişinə yaxşı yol arzulanacaq. Əks təqdirdə aeroport təhlükəsizlik xidmətinin əməkdaşlarını çağıran qırmızı siqnal çalınacaq.