Bakıda ər arvadını döyərək ölümcül vəziyyətə salıb


Sosial 14 Okt 2017 04:28:24 359 0

Bakıda ər arvadını döyərək ölümcül vəziyyətə salıb

Qadın baş nahiyəsindən əzilmiş-kəsilmiş yaralar alıb

Paytaxtın Xətai rayonunda döyülmə hadisəsi baş verib.

“Report” xəbər verir ki, Əhmədli qəsəbəsi, Qədir Məmmədov küçəsi, ev - 6, mənzil 4-də yaşayan 31 yaşlı Rəsmiyyə Baba qızı Niftullayeva ailə münaqişəsi zəminində həyat yoldaşı tərəfindən ölümcül döyülüb.

Yaralı xəstəxanaya gətirilərək reanimasiya şöbəsinə yerləşdirilib. Baş nahiyəsinin əzilmiş-kəsilmiş yarası alan R.Niftullayevanın vəziyyətini həkimlər kafi qiymətləndirir. Qadın öz həyat yoldaşı tərəfindən nə səbəbə döyülməsini açıqlamasa da, bunun hər gün təkrarlandığını bildirib.

Faktla bağlı Xətai Rayon Polis İdarəsinin 36-cı Polis bölməsi tərəfindən araşdırmaya başlanılıb.