Kaliforniyada yanğınlar nəticəsində 32 nəfər ölüb


Dünya 14 Okt 2017 03:52:34 351 0

Kaliforniyada yanğınlar nəticəsində 32 nəfər ölüb

Bundan əvvəl onların sayı 31 nəfər təşkil edirdi

ABŞ-ın Kaliforniya ştatında təbiət yanğınları nəticəsində ölənlərin sayı 32 nəfərə çatıb.

“Report” xəbər verir ki, bu barədə ABC məlumat yayıb.

Bundan əvvəl yanğın qurbanlarının sayı 31 nəfər təşkil edirdi.

ABŞ prezidenti Donald Tramp ştatda yanğından zərər çəkmiş rayonlar üçün təbii fəlakət haqqında bəyannaməni təsdiq edib.