Almaniya, Fransa və Britaniya Trampın İranla bağlı qərarına qarşı çıxıb


Dünya 14 Okt 2017 01:30:44 357 0

Almaniya, Fransa və Britaniya Trampın İranla bağlı qərarına qarşı çıxıb

Onlar İranla nüvə sövdələşməsinin qorunub saxlanmasının tərəfdarı olduqlarını bəyan ediblər

Almaniya, Fransa və Böyük Britaniya hakimiyyətləri ABŞ prezidenti Donald Trampın Birləşmiş Ştatların İrana qarşı yeni strategiyası ilə əlaqədar olaraq nüvə sövdələşməsini pozmaq niyyətində olduğuna dair bəyanatından sonra Tehranla sazişə sadiq olduqlarını bildiriblər.

"Report" xəbər verir ki, bu barədə Almaniya, Fransa və Böyük Britaniya liderləri Angela Merkel, Emmanuel Makron və Tereza Meyin müvafiq bəyanatlarına istinadən "Sky News" məlumat yayıb.

Bundan əvvəl Rusiyanın Xarici İşlər Nazirliyi də Trampın çıxışını pisləyən bəyanat yayıb.