Rusiya XİN-i Trampın İranla bağlı bəyanatını şərh edib


Dünya 14 Okt 2017 01:13:52 317 0

Rusiya XİN-i Trampın İranla bağlı bəyanatını şərh edib

Beynəlxalq münasibətlərdə təhlükəli və aqressiv ritorikadan istifadə yolverilməzdir

Rusiyanın Xarici İşlər Nazirliyi ABŞ prezidenti Donald Trampın İranla nüvə sövdələşməsini istənilən vaxtla poza biləcəkləri ilə bağlı söylədiklərinə münasibət bildirib.

“Report” TASS-a istinadən xəbər verir ki, XİN-in saytına yerləşdirilən məlumatda beynəlxalq münasibətlərdə təhlükəli və aqressiv ritorikadan istifadə edilməsinin yolverilməz olduğu qeyd olunur.

Bildirilir ki, "Rusiya Birgə Hərtərəfli Fəaliyyət Planına (BHFP) sadiqdir, onun saxlanmasında maraqlıdır və onunla bağlı üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməkdə davam edəcək".

Moskva həmçinin BHFP-nin qalan digər iştirakçılarını da analoji şəkildə davranmağa çağırıb.