Uşaqlar üçün idman növü seçəndə diqqətli olun VALİDEYNLƏRƏ TÖVSİYƏ


Digərləri 13 Okt 2017 23:27:00 372 0

Uşaqlar üçün idman növü seçəndə diqqətli olun  VALİDEYNLƏRƏ TÖVSİYƏ

Azyaşlı uşaqlar, xüsusən də, oğlan uşaqları çox zaman idman növlərindən boksa, karateyə, bir sözlə, döyüş növlərinə meylli olurlar. Övladlarının bu istəyini yerinə yetirən valideynlər də yaşından, fiziki sağlamlığından asılı olmayaraq, övladlarını həmin idman növlərinə yazdırırlar.

Təbii ki, uşaq idman məktəbinə gedərkən həkim müayinəsindən keçmir. Elə idman müəllimləri var ki, bunu tələb belə etmirlər. Məhz buna görədir ki, bəzən qan azlığı, ürək qüsuru yaşayan uşaqlar bu cür idman növü ilə məşğul olandan sonra müxtəlif bədbəxt hadisələrlə, hətta ölümlə üzləşə bilirlər.   Son.az musavat.com-a istinadən bildirir ki, uşaqlara ağırlığa meylli idmanlarla məşğul olmaq zərərlidir. Çünki onlar inkişaf mərhələsində olduqları üçün güclü məşğələlərə davam gətirə bilmirlər. Uşaqlıq dövründə sümüklər hələ inkişafa açıqdır, ürək tutumu fərqlidir, karbohidrat anbarı yetkin insanlarla müqayisədə daha azdır.