Salyanda avtomobil daşıyan yük maşını aşıb - FOTO


Sosial 13 Okt 2017 23:10:09 275 0

Salyanda avtomobil daşıyan yük maşını aşıb - FOTO

Minik avtomobilləri əzilərək yararsız hala düşüb

Salyanda avtomobil daşıyan yük maşını aşıb.

“Report”un Aran bürosu xəbər verir ki, hadisə bu gün axşam saatlarında Ələt-Astara magistral yolunun rayonun Kürsəngi ərazisindən keçən hissəsində qeydə alınıb.

Qoşqusunda bir neçə avtomobil daşıyan yük maşını idarəetməni itirərək yolun kənarına aşıb. Nəticədə yük maşınının qoşqusunda olan minik avtomobilləri əzilərək yararsız hala düşüb. Hadisə zamanı xəsarət alan olmayıb.

Faktla bağlı araşdırma aparılır.