Azərbaycanda bank kreditlərinin 14 faizdən çoxunun ödəmə vaxtı keçib


Digərləri 13 Okt 2017 22:34:00 288 0

Azərbaycanda bank kreditlərinin 14 faizdən çoxunun ödəmə vaxtı keçib

2017-ci il sentyabr ayının 1-nə Azərbaycanda bank və bank olmayan kredit təşkilatlarının kredit portfeli milli valyuta ekvivalentində 12 milyard 376,6 milyon manat təşkil edib.

Son.az Trend-ə istinadən bildirir ki, kredit portfelinin 10 milyard 020,9 milyon manatı uzunmüddətli kreditlər olub.