Rusiyadan Azərbaycan pomidor ilə bağlı SƏRT TƏLƏB VİDEO


Digərləri 13 Okt 2017 22:20:00 320 0

Rusiyadan Azərbaycan pomidor ilə bağlı SƏRT TƏLƏB  VİDEO

Rusiya Kənd Təsərrüfatı Nazirliyi Azərbaycandan idxal edilən pomidora nəzarəti gücləndirir. Buna səbəb digər ölkələrdən pomidor gətirərək burdan da Rusiyaya azərbaycan məhsulu kimi ixraca təşəbbüs iddialarıdır.

Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Fitosanitar Nəzarəti Xidmətinin rəisi Camal Quliyev bildirir ki, Rusiya tərəfinin tələblərinə Azərbaycan ciddi yanaşır. Ancaq bu il Azərbaycana xaricdən gətirilən pomidorun miqdarı o qədər az olub ki, onun ixrac edilən məhsulda həcmi cəmi bir neçə faizdir.

Xidmət rəisi onu da bildirir ki, Rusiyanın tələbi ilə bağlı bu ölkəyə pomidor ixrac edən sahibkarlara artıq yeni şəraitə uyğunlaşmaq üçün qurum tərəfindən tövsiyyələr verilib.