Bakıda qardaş qardaşı bıçaqlayıb


Kriminal 13 Okt 2017 22:24:00 303 0

Bakıda qardaş qardaşı bıçaqlayıb

Çoxlu qan itirən yaralının vəziyyəti ağırdır

Axşam saatlarında Bakının Sabunçu rayonunda bıçaqlanma hadisəsi baş verib.

Son.az report.az-a istinadən bildirir ki, Ramana qəsəbəsi, 8-ci mədən ərazisində 52 yaşlı Oqtay Fərhad oğlu Qarayev ailə münaqişəsi zəminində öz qardaşı ilə dava edib və nəticədə bıçaqlanıb.

Bədənin çoxsaylı kəsilmiş-deşilmiş yarası ilə xəstəxanaya gətirilən Oqtay Qarayev dərhal əməliyyat olunub. Zərərçəkmişin çoxlu qan itirməsinə baxmıyaraq, həkimlər onun həyatını xilas edə biliblər. Ancaq hazırda onun vəziyyəti ağır olaraq qalır.