"Borussia Dortmund" gənc futbolçunu ingilislərə satdı


İdman 13 Okt 2017 21:09:00 327 0

"Borussia Dortmund" gənc futbolçunu ingilislərə satdı

"Newcastle United" ispaniyalı futbolçu Mikel Merinonun transfer hüquqlarını "Borussia"dan alıb. Goal.az xəbər verir ki, 21 yaşlı yarımmüdafiəçi 2022-ci ilə kimi nəzərdə tutulmuş müqaviləni imzalayıb. Transferə görə ödənilən məbləğ açıqlanmır.

Merino bu mövsüm "Newcastle"da 7 oyun keçirib. Onların 5-də 90 dəqiqə meydanda olub. Gənc futbolçu "Osasuna" klubunun yetirməsidir.