Azərbaycanda "Misir gənc Azərbaycan rəssamlarının gözü ilə" adlı müsabiqə keçiriləcək


Digərləri 13 Okt 2017 20:39:09 182 0

Azərbaycanda "Misir gənc Azərbaycan rəssamlarının gözü ilə" adlı müsabiqə keçiriləcək

Qaliblər Misirə səyahət edəcək

Azərbaycanda "Misir gənc Azərbaycan rəssamlarının gözü ilə" adlı müsabiqə keçiriləcək.

Misirin Azərbaycandakı səfirliyindən "Report"a verilən məlumata görə, sərgi Azərbaycan Dövlət Rəssamlıq Akademiyası ilə Misir Mədəniyyət və Təhsil Əlaqələri Mərkəzi arasındakı əməkdaşlığa əsasən keçiriləcək.

Sərgidə 16-30 yaş arası gənc rəssamlar iştirak edə bilərlər. Hazırlanmış işlər noyabrın 30-dək Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının Beynəlxlaq əlaqələr və əcnəbilər üçün hazırlıq şöbəsinə təhvil verilməlidir.

Qaliblər Misirə səyahətlə mükafatlandırılacaq və bütün iştirakçılara sertifikat veriləcək. Həmçinin Misirin Qahirə şəhərində seçilmiş işlərdən ibarət sərgi baş tutacaq və bir qrup rəssamın Misirə səfəri təşkil olunacaq.