Poçettino: "Mən katalon klubuna "Messinin komandası" demirdim"


İdman 13 Okt 2017 20:34:00 401 0

Poçettino: "Mən katalon klubuna "Messinin komandası" demirdim"

"Tottenham"in baş məşqçisi Maurisio Poçettino həmkarı Xosep Qvardiolanın fikirlərinə münasibət bildirib. Goal.az xəbər verir ki, argentinalı mütəxəsis onun "Tottenham"ə "Keynin komandası" deməsinə etiraz edib.

"Pepi tanıyıram. Parlaq qələbədən sonra həyəcanlananda nəzakətli olmağa çalışır. Amma onun sözləri çoxlarına hörmətsizlik oldu. Qvardiola "Barcelona"da uğurun bir hissəsi idi. O zaman mən katalon klubuna "Messinin komandası" demirdim. Digər futbolçuları nəzərə alıb belə sözlər işlətmək olmaz. Qəribə vəziyyətdir".