“Maaş ala bilmədiyimə görə toyu təxirə salmışam...”


Digərləri 13 Okt 2017 20:24:00 276 0

“Maaş ala bilmədiyimə görə toyu təxirə salmışam...”

"İnter"in gənc futbolçusu Orxan Sadıqlı  "Qarabağ"la qarşılaşmadan sonra sərt açıqlamalar verib.

Son.az xəbər verir ki, futbolçu qafqazinfo-ya klubda vəziyyətin yaxşı olmadığını bildirib:

"Bezmişəm. Belə şey olar? Gücümüz çatmır. 80 dəqiqə oynamağı bacarırıq. İkinci qoldan sonra istədim ki, futbolu atam. Çox şeylər var danışılası. Bilirsiz, hamının ailəsi var. Evə çörək aparmalısan. Mənim başqa işim gücüm yoxdur. Başqa iş olsa, gedib işləyərəm. Pul yoxdur. Pul olmayanda, stress başlayır. Bundan sonra oynamaq olar? İki aydır ki, maaş almırıq. Bir söz deyəcəm güləcəksiz. İnanırsız ki, toyumu maaşı ala bilmədiyimizə görə təxirə salmışam. Yaxınlarıma demişəm mənə iş axtarsınlar".