Adil Məlikovun xatirəsinə həsr olunmuş konsert keçirildi


Kriminal 13 Okt 2017 19:42:00 346 0

Adil Məlikovun xatirəsinə həsr olunmuş  konsert keçirildi

Beynəlxalq Muğam Mərkəzi və Azərbaycan Televiziyası Mədəniyyət Kanalının birgə layihəsi çərçivəsində sentyabrın 12də tanınmış opera ifaçısı Adil Məlikovun əziz xatirəsinə həsr olunmuş gecə keçirilmişdir.

Son.az xəbər verir ki, Adil Məlikov 1933 -cü ildə anadan olmuşdur. 1965- ci ildən Azərbaycan Dövlət Akademik Opera və Balet teatrının solisti kimi çalışmışdır. Adil Məlikov Ü.Hacıbəylinin "Koroğlu", "Leyli və Məcnun", "Əsli və Kərəm", Ş.Axundovanın"Gəlin qayası" və "Xanəndənin taleyi" operalarında müxtəlif rolları   yüksək məharətlə ifa etmişdir.

Adil Məlikov lirik dramatik tenor  səsə malik idi.   

Adil Məlikov təkcə operalarda  müxtəlif rolları ifa etməklə kifayətlənməmiş, muğam, təsnif və xalq mahnılarınıda ifa etmişdir. O, "Cahargah"muğamını xüsusi məharətlə oxumuşdur.

Konsertdə Əməkdar incəsənət xadimi, Azərbaycan Dövlət Opera və Balet teatrının quruluşçu rejissoru Hafiz Quliyev çıxış etmişdir.


Xəbərə aid fotolar