Bu il 97 milyon manatadək güzəştli kredit verilib


Digərləri 13 Okt 2017 19:24:00 342 0

Bu il 97 milyon manatadək güzəştli kredit verilib

Bu ilin ötən dövrü ərzində 1326 sahibkarlıq subyektinin investisiya layihəsinin maliyyələşdirilməsinə 97 milyon manatadək güzəştli kredit verilib.

Son.az Trend-ə istinadən bildirir ki,  bu barədə Sahibkarlığa Kömək Milli Fondunun (SKMF) Daşkəsəndə keçirdiyi işgüzar forumda deyilib.

İşgüzar forum çərçivəsində rayonun iqtisadi potensialının reallaşdırılması istiqamətində sahibkarlarla müzakirələr aparılıb, SKMF tərəfindən Daşkəsən rayonunun iqtisadi potensialına uyğun olaraq, cins heyvandarlıq, kartofçuluq və arıçılıq təsərrüfatlarının, süd emalı müəssisəsinin və otelin yaradılması üzrə hazırlanmış nümunəvi investisiya layihələri və metodiki materiallar təqdim olunub.

Forumda İqtisadiyyat Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondunun icraçı direktorunun müavini Arif Vəliməmmədov Fondun özəl bölmənin inkişafı, xüsusən də regionlarda sahibkarlıq fəaliyyətinin genişləndirilməsi istiqamətində həyata keçirdiyi tədbirlər barədə məlumat verib. Bildirilib ki, bu ilin ötən dövrü ərzində 1326 sahibkarlıq subyektinin investisiya layihəsinin maliyyələşdirilməsinə 97 milyon manatadək güzəştli kredit verilib. Bu kreditlərdən istifadə etməklə reallaşdırılan investisiya layihələri 4000-dək yeni iş yerinin açılmasına imkan yaradır.