Qaraçuxurda zibillikdən 266 partlamamış hərbi sursat tapılıb


Digərləri 13 Okt 2017 19:26:18 274 0

Qaraçuxurda zibillikdən 266 partlamamış hərbi sursat tapılıb

Agentliyin xüsusi mobil çevik əməliyyat qrupu həmin əraziyə göndərilib.

Bakı. Qaraçuxurda zibillikdən 266 partlamamış hərbi sursat tapılıb. Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentlikdən (ANAMA) Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə mərkəzindən Agentliyə Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi ərazisində mərminin olması barədə məlumat daxil olub. Məlumata əsasən Agentliyin xüsusi mobil çevik əməliyyat qrupu həmin əraziyə göndərilib. Agentliyin mütəxəssisləri tərəfindən həmin qəsəbədə zibillik sahəsinə baxış keçirilib, əməliyyat axtarış tədbirləri nəticəsində 266 ədəd partlamamış hərbi sursat (1 ədəd F-1 əl qumbarası və 265 ədəd 7.62 mm-lik patron) aşkar edilib, zərərsizləşdirilməsi üçün götürülərək Agentliyin mərkəzi məhvetmə ərazisinə daşınıb.