ADGTTda yeni tamaşanın hazırlanmasına start verildi


Kriminal 13 Okt 2017 19:18:00 345 0

ADGTTda yeni tamaşanın hazırlanmasına start verildi

Dövlət Gənc Tamaşaçılar Teatrında R.Hovardın "Qrinç" - ("Yaşıl adam") əsəri əsasında eyniadlı tamaşanın hazırlanmasına start verilib. Sözügedən əsər ötən ilin dekabr və bu ilin yanvar ayında yeni il tamaşası olaraq kiçik yaşlı tamaşaçılara təqdim edilmişdir.

Teatrın mətbuat xidmətindən Son.az-a verilən məlumata görə, əsərə olan tamaşaçı marağını, maraqlı səhnə quruluşunu, istedadlı aktyor oyununu və teatra müraciət olunan təklif və arzuları nəzərə alaraq, teatrın bədii şurası "Yaşıl adam" tamaşasının yeni versiyada hazırlanıb, il ərzində mütəmadi olaraq nümayiş olunması barədə qərara gəlmişdir.

Əsərin səhnələşdirəni və quruluşçu rejissoru Elşad Rəhimzadə, quruluşçu rəssamı Elşən Sərxanoğlu, musiqi tərtbatçısı İradə Muradova, rəqslərin quruluşçusu Ceyhun Dadaşovdur.

Tamaşanın yeni versiyasında rolları teatrın istedadlı aktyorları Ramil Məmmədov, Elşən Hacıbabayev, Müşfiq Əliyev, Asya Atakişiyeva, Səbinə Məmmədova, Nuriyyə Əliyeva, Könül Əbilova, Nuranə Hüseynova, Natiq Fərzəliyev, Vahid Orucoğlu, Xəyalə Meydanova, Aygün Fətullayeva və b. ifa edəcəklər.


Xəbərə aid fotolar