"Beşiktaş" azarkeşlərinin səsi Vernerin qulaqlarından getmir


İdman 13 Okt 2017 17:30:00 361 0

"Beşiktaş" azarkeşlərinin səsi Vernerin qulaqlarından getmir

"RB Leipzig"in gənc hücumçusu Timo Verner Bundesliqanın 8-ci turunda "Borussia Dortmund"a qarşı oyunda komandasına kömək etməyəcək. Goal.az xəbər verir ki, 21 yaşlı forvard Çempionlar Liqasında "Beşiktaş"la oyunda (0:2) "qulaq cingildəməsi" fəsadlarından qurtula bilmir. Dortmund klubunun məşqçilər korpusu "Signal İduna Park"da azarkeş fəallığını nəzərə alaraq Venerin adını iştirak ərizəsinə daxil etməyib.

Rəsmi məlumatda isə Vernerin boyun və çənə nahiyəsində problemləri olduğu deyilir.