İstanbulda naməlum şəxs məktəblilərə atəş açdı - Yaralılar var


Digərləri 13 Okt 2017 17:47:00 234 0

İstanbulda naməlum şəxs məktəblilərə atəş açdı - Yaralılar var

İstanbulda Pendik rayonunda naməlum şəxs məktəbli uşaqlara hücum edib.

Bakı. Rufiz Hafizoğlu - İstanbulda Pendik rayonunda naməlum şəxs məktəbli uşaqlara hücum edib. Trend-in məlumatına görə, naməlum şəxs uşaqlar məktəbdən çıxarkən onlara silahla atəş açıb. İnsident nəticəsində 3 uşaq yaralanıb. Hadisə yerinə polis və tibbi briqada cəlb olunub. Məlumata görə, hadisədən sonra hadisəni törədən şəxs intihar etmək istəyib. Hadisənin təfərrüatları və yaralı şagirdlərin vəziyyəti barədə detallar verilməyib.