Səfir: Türkiyə Prezidenti oktyabrın 30-da Azərbaycana səfər edəcək (ÖZƏL)


Digərləri 13 Okt 2017 17:53:00 317 0

Səfir: Türkiyə Prezidenti oktyabrın 30-da Azərbaycana səfər edəcək (ÖZƏL)

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bu il oktyabrın 30-da Azərbaycana səfər edəcək.

Bakı. Rufiz Hafizoğlu - Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bu il oktyabrın 30-da Azərbaycana səfər edəcək. Bu barədə Trend-ə açıqlamasında Türkiyənin Azərbaycandakı səfiri Erkan Özoral bildirib. Səfir qeyd edib ki, R.T.Ərdoğan Azərbaycan paytaxtında Bakı-Tbilisi-Qars dəmir yolunun açılış mərasimində iştirak edəcək. Diplomatın sözlərinə görə, Bakı-Tbilisi-Qars dəmir yolu sadəcə Azərbaycan, Gürcüstan və Türkiyə üçün deyil, eyni zamanda bütün Avrasiya üçün önəmlidir: "Bu dəmir yolunun əhəmiyyəti ondan ibarətdir ki, Çin və Avropa məhz Bakı-Tbilisi-Qars vasitəsilə birləşəcək". E.Özoral vurğulayıb ki, Bakı-Tbilisi-Qars dəmir yolu ölkələrimiz arasında olan mədəni və iqtisadi ələqələri daha da dərinləşdirəcək. Qeyd edək ki, "Azərbaycan Dəmir Yolları" QSC-nin sədri Cavid Qurbanov Bakı-Tbilisi-Qars dəmir yolunun rəsmi açılış mərasiminin oktyabrın 30-da Bakıda keçiriləcəyini bildirib. Onun sözlərinə görə, Bakı-Tbilisi-Qars dəmiryolu ilə sərnişin daşımalarına 2018-ci ildən başlanacaq.