Azərbaycan əhalisi bu il banklara 652 mln. manat faiz ödəyib


İqtisadiyyat 13 Okt 2017 17:40:34 319 0

Azərbaycan əhalisi bu il banklara 652 mln. manat faiz ödəyib

Bu, vətəndaşların ümumi gəlirinin 1,8%-i deməkdir

Bu ilin yanvar-sentyabr aylarında Azərbaycan əhalisinin gəlirləri əvvəlki ilin müvafiq dövrünə nisbətən nominal ifadədə 8% artaraq 36,247 mlrd. manata çatıb.

“Report” Dövət Statistika Komitəsinə (DSK) istinadən xəbər verir ki, gəlirlərin əhalinin hər nəfərinə düşən həcmi isə orta hesabla 3 728 manat və yaxud ayda 414,2 manat təşkil edərək 6,9% artlb.

Bu dövr ərzində gəlirlərin 85,8%-i son istehlak xərclərinə, 8,5%-i vergilər, sosial sığorta və könüllü üzvlük haqlarının, 1,8%-i (təxminən 652 mln. manatı) faizi kreditlər üzrə faizlərin ödənilməsinə sərf edilib, 3,9%-i isə yığıma yönəldilib.

Bütün icbari və könüllü ödənişlər edildikdən sonra əhalinin sərəncamında 33 157,3 mln. manatlıq vəsait qalıb.