Azərbaycanda qızıl və gümüş hasilatı artıb


İqtisadiyyat 13 Okt 2017 17:30:51 341 0

Azərbaycanda qızıl və gümüş hasilatı artıb

Bu ilin ilk 9 ayında 4,4 ton qızıl hasil olunub

Bu ilin yanvar-sentyabr aylarında Azərbaycanda 4 434,6 kq qızıl hasil olunub ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 3,1 dəfə çoxdur. Gümüş hasilatı isə illik müqayisədə 14,1% artaraq 311,8 kq təşkil edib.

“Report” bu barədə Dövlət Statistika Komitəsinə istinadən xəbər verir.

Hazırda Azərbaycanda qızıl Daşkəsən (“AzerGold” QSC tərəfindən) və Gədəbəy (Böyük Britaniyanın "Anglo-Asian Mining” şirkəti tərəfindən) rayonlarında hasil olunur.

“Anglo-Asian Mining” Azərbaycanda 1997-ci il avqustun 21-də imzalanmış PSA (Production Sharing Agreement/Hasilatın Pay Bölgüsü) tipli müqavilə çərçivəsində hasilatla məşğul olur. Müqavilə 6 yatağın - Naxçıvanda 1, Gədəbəydə 2, hazırda erməni işğalı altında olan Kəlbəcər və Zəngilanda 3 yatağın işlənməsini nəzərdə tutur. Müqavilədə Azərbaycanın payı 51%, Britaniya şirkətinin payı 49% təşkil edir.