Hərbi ixtisaslı müdavimlər arasında intellektual yarış keçirilib FOTO


Digərləri 13 Okt 2017 17:19:00 288 0

Hərbi ixtisaslı müdavimlər arasında intellektual yarış keçirilib  FOTO

"Hərbi Vətənpərvərlik və Mütəxəssis Hazırlığı Mərkəzi" MMC xüsusi hərbi ixtisaslı sürücü müdavimləri arasında "Hərbi zəkalıyam" intellektual bilik yarışı keçirib.

Son.az xəbər verir ki, müdavimlərin qarşısında çıxış edən Cəmiyyətin sədri Şahvələd Əliyev yarışmanın dövlət müstəqilliyimizin 26-cı ildönümünün qeyd olunduğu ərəfəyə təsadüf etdiyini deyib. O, müstəqilliyimizi əbədiləşdirən ulu öndər Heydər Əliyevin "Hər bir Azərbaycan gənci müstəqil dövlətimizin fəal qurucusu olmalıdır.." sözlərini misal gətirərək gənc müdavimlərə bu sözləri dərk etməyi və nəticə çıxarmağı tövsiyyə edib.

Ş.Əliyev vurğulayıb ki, bu gün Azərbaycan prezidenti İlham Əliyevin gənclərlə bağlı imzaladığı sərəncamlar, qəbul etdiyi dövlət proqramları onların hərtərəfli inkişafına yönəlib. O, söylənilənlərin əyani göstəricisi kimi dövlət başçısının gənclərlə bağlı etdiyi çıxışlarda onların intellektual səviyyəsinin yüksəldilməsi və hərbi vətənpərvərlik ruhunda tərbiyələndirilməsi ilə bağlı önə çəkdiyi məsələləri, 2012-ci il tarixli Fərmanla yaratdığı "Hərbi Vətənpərvərlik və Mütəxəssis Hazırlığı Mərkəzi" Məhdud Məsuliyyətli Cəmiyyətini, "Azərbaycan gəncliyi 2017-2021-ci illərdə" Dövlət Proqramının təsdiq edilməsi haqqında növbəti Sərəncamını xatırladıb.

Cəmiyyətin sədri ordumuz üçün mütəxəssis-əsgərlərin hazırlanması kimi şərəfli missiyanın MMC-nin üzərinə düşdüyünü nəzərə çatdırıb, təşkil edilən belə yarışların gənc müdavimlərin hazırlıq keçdikləri xüsusi hərbi ixtisaslarla yanaşı, vətənpərvərliyinə, intellektual hərbi biliklərinin aşkara çıxarılmasına, savad və məlumat bazalarının möhkəmləndirilməsinə, ümumilikdə isə çağırışaqədərki hazırlıqlarına xidmət etdiyini bildirib.


Xəbərə aid fotolar