Azərbaycanda əhalinin banklara olan borcu AÇIQLANDI


Digərləri 13 Okt 2017 17:23:00 327 0

Azərbaycanda əhalinin banklara olan borcu AÇIQLANDI

2017-ci il sentyabrın 1-nə Azərbaycanda əhalinin banklardakı əmanətlərinin milli valyuta ekvivalentində məbləği 6 milyard 895,5 milyon manat təşkil edib.

Son.az Trend-ə istinadən xəbər verir ki, əmanətlərin 72,2 faizi xarici, 27,8 faizi isə milli valyutada qoyulub.

Milli valyutada olan əmanətlər əvvəlki ilin müvafiq dövrünə nisbətən 31,7 faiz artıb, xarici valyutada əmanətlər isə 23,1 faiz azalıb.