İniesta millidən gedəcəyi tarixi açıqlayıb


İdman 13 Okt 2017 17:23:00 331 0

İniesta millidən gedəcəyi tarixi açıqlayıb

Andres İniesta 2018-ci il dünya çempionatından sonra İspaniya millisindəki karyerasını başa vura bilər. Goal.az xəbər verir ki, 22 yaşlı havbek bu barədə "L`Equipe" nəşrinə açıqlamasında deyib.

"Ola bilsin ki, 2018 mundialından sonra millidən gedim. Turnirə hələ çox zaman var. Ümid edirəm, çıxışım Rusiyaya getməyimə imkan verəcək".

İniesta 2006-cı ilin mayından İspaniya millisinə dəvət alır.