Azərbaycanda əhalinin banklarda 7 milyard manata yaxın əmanəti var


Digərləri 13 Okt 2017 17:03:00 251 0

Azərbaycanda əhalinin banklarda 7 milyard manata yaxın əmanəti var

2017-ci il sentyabrın 1-nə Azərbaycanda əhalinin banklardakı əmanətlərinin milli valyuta ekvivalentində məbləği 6 milyard 895,5 milyon manat təşkil edib.

Bakı. Elçin Mehdiyev - 2017-ci il sentyabrın 1-nə Azərbaycanda əhalinin banklardakı əmanətlərinin milli valyuta ekvivalentində məbləği 6 milyard 895,5 milyon manat təşkil edib. Trend-in məlumatına görə, əmanətlərin 72,2 faizi xarici, 27,8 faizi isə milli valyutada qoyulub. Milli valyutada olan əmanətlər əvvəlki ilin müvafiq dövrünə nisbətən 31,7 faiz artıb, xarici valyutada əmanətlər isə 23,1 faiz azalıb.