"Mən yatarkən gizlicə videomu çəkib"


Dünya 13 Okt 2017 16:51:00 397 0

"Mən yatarkən gizlicə videomu çəkib"

ABŞ-lı aktrisa Bleyk Lively film çəkilişi zamanı məruz qaldığı təcavüzü açıqlayıb.

Son.az xəbər verir ki, "Los Angeles Times"a danışan Bleyk Lively illər öncə bir makiyaj ustasının təcavüzünə məruz qaldığını: "Bir gecə filmin çəkiliş meydançasında yatırdım, qəfil oyandım. Bir də baxdım ki, makiyaj ustası məni gizlicə videoya çəkir" sözləri ilə xəbər verib.

30 yaşlı aktrisa o an geyimdə olduğunu, amma yenə də bu olayın onu çox narahat etdiyini bildirib.

Bu məsələyə görə qrim ustası ilə dalaşdığını qeyd edən Lively sonra həmin şəxsin filmin texniki heyətindən çıxarıldığını sözlərinə əlavə edib.


Xəbərə aid fotolar