Fantan vuran su zəncirvari qəzaya səbəb oldu VİDEO FOTO


Digərləri 13 Okt 2017 17:00:00 313 0

Fantan vuran su zəncirvari qəzaya səbəb oldu  VİDEO  FOTO

İsmayıllı rayonunda zəncirvari yol nəqliyyat hadisəsi baş verib.

Son.az ARB TV-yə istinadla xəbər verir ki, rayonunun Kəpənək adlandırılan küçəsində dairəvi yol ayrıcında qeydə alınan hadisəyə yolda quraşdırılan su ötürücü lyukdan qəfil fantan vuran su səbəb olub.

"011" markalı 90-KB-263 nömrəli taksinin sürücüsü 24 yaşlı İsmayıllı sakini Asim Əliislamlı qəfildən suyun fantan vurması nəticəsində idarəetməni itirib. Nəticədə qarşıdan və arxadan gələn "Mercedes" markalı 99-FL-865 dövlət nişanlı avtomobil və "014" markalı 90-EE-048 markalı avtomobillərlə toqquşub. Taksi sürücüsü Asim Əliislamlı və "014" markalı avtomobilin sürücüsü 31 yaşlı İsmayıllı sakini Namiq Hüseynov xəsarət alıblar. İsmayıllı RMX-na çatdırılan Namiq Hüseynov ilkin ambulator müayinədən sonra evə buraxılıb. Əliislamlı Asim isə kəllə beyin travması ilə travmatologiya şöbəsinə yerləşdirilib. Vəziyyəti orta ağır qiymətləndirilir.

Fakt araşdırılır.


Xəbərə aid fotolar