“Baku Shopping Festival” ilə əlaqədar “AtaBank” həftənin bütün günləri fəaliyyət göstərəcək


Digərləri 13 Okt 2017 16:56:29 258 0

“Baku Shopping Festival” ilə əlaqədar “AtaBank” həftənin bütün günləri fəaliyyət göstərəcək

Bank gücləndirilmiş iş rejimində fəaliyyət göstərəcək.

Bakı. “Baku Shopping Festival” ilə əlaqədar “AtaBank” həftənin bütün günləri fəaliyyət göstərəcək. “AtaBank” ASC-dən Trend-ə verilən məlumata görə, bankın aşağıdakı filialları oktyabr 15-dən noyabrın 15-dək şənbə-bazar günləri də daxil olmaqla, saat 09:00-dan – 18:00-dək gücləndirilmiş iş rejimində fəaliyyət göstərəcək: Mərkəz filialı - Bakı şəh., Ş.Bədəlbəyli küç., 102 ; 09:00 – 18:00-dək (fasiləsiz) Bakı filialı - Bakı şəh., Neftçilər pr., 67 ; 09:00 – 18:00-dək (fasiləsiz) Sahil şöbəsi - Bakı şəh., Puşkin küç. 9 ; 09:00 – 18:00-dək (fasiləsiz) Filialların müvəqqəti iş rejiminə keçidi " Baku Shopping Festival " zamanı həm yerli müştərilərə, həm də şəhərin qonaqlarına keyfiyyətli və fasiləsiz xidmət göstərmək məqsədi ilə həyata keçirilir.