BDU-da Türk Dünyası Sənədli Filmlər Festivalının açılışı olub (FOTO)


Digərləri 13 Okt 2017 16:46:00 90 0

BDU-da Türk Dünyası Sənədli Filmlər Festivalının açılışı olub (FOTO)

BDU-da “6 ölkə bir festival” devizi ilə təşkil edilən Türk Dünyası Sənədli Filmlər Festivalının açılışı olub.

Bakı. Bakı Dövlət Universitetində (BDU) “6 ölkə bir festival” devizi ilə təşkil edilən Türk Dünyası Sənədli Filmlər Festivalının açılışı olub. Universitetdən Trend-ə verilən məlumata görə, Türkiyənin Azərbaycandakı səfirliyinin Mədəniyyət və Tanıtma Müşavirliyi, Yunus Əmrə İnstitutu və Bakı Dövlət Universitetinin dəstəyi ilə keçirilən II Türk Dünyası Sənədli Filmlər Festivalının BDU-da xüsusi mərasimi keçirilib. Tədbiri giriş sözü ilə açan universitetin rektoru, akademik Abel Məhərrəmov bildirib ki, “6 ölkə bir festival” devizi ilə təşkil edilən Türk Dünyası Sənədli Filmlər Festivalının keçirilməsində başlıca məqsəd dünyanın müxtəlif ölkələrində yaşayan türklərin zəngin mədəniyyətə sahib olan dəyərlərini tanıtmaq və dünyaya təqdim etməkdir. Eyni zamanda festivalın təşkili ilə həm də qardaş türk xalqlarının biri-birilərini daha yaxından tanımaları üçün şərait yaratmaqdır. Rektor onu da qeyd edib ki, bu layihəyə türk dünyasinin müxtəlif yerlərindən bir çox dövlət orqanları, ali məktəblər və təşkilatlar dəstək verir. Bununla əlaqədar BDU ilə Türk Dünyası Qəzetçilər Federasiyası arasında imzalanmış niyyət protokoluna da diqqət çəkən rektor festivalın işinə uğurlar arzu edib. Sonra Türk Dünyası Qəzetçilər Federasiyasının başqanı Menderes Dəmir çıxış edib. 2016-cı ildə 5 ölkədən, 7 filmlə gerçəkləşən Festivalın bu il keçirilən ikinci tədbirində artıq 7 ölkədən 18 film nümayişi olduğunu bildirib. Türkiyənin Azərbaycandakı səfirliyinin Mədəniyyət və Tanıtım müşaviri İrfan Çiftçi festivalda qalib gələn filmlərin layihənin ortaqları olan İstanbul, Marmara, Niğde, Ömer Halisdemir, Amasya universitetlərində, eləcə də Qırğızıstanda Manas, Qazaxıstanda əl-Fərabi, KKTC-də Doğu Akdeniz Universitetlərində nümayişlərinin keçirildiyini bildirib. Sonra Türk Dünyası Sənədli Filmlər Festivalına dəstəyinə görə rektor A.Məhərrəmova xüsusi plaket təqdim edilib. Eyni zamanda, Jurnalistika fakültəsinin dekanı Vüqar Əliyev və dekan müavini Sevinc Əliyevaya təşəkkür elan edilib. Sonda TRT-nin hazırladığı “Sırac” sənədli filmi nümayiş etdirilib. Qeyd edək ki, filmin mövzusu Türkiyənin Tokat, Yozqat, Sivas, Çorum bölgələrində yaşayan türkmən sırac tayfasının mədəni dəyərləri və yaşam tərzi ilə bağlıdır. Sıraclar Azərbaycan türklərinin də formalaşmasında rol oynayıb, eləcə də Azərbaycan Səfəvi İmperiyasının qurulmasında iştirak etmiş Oğuzun Bəydilli tayfasına məxsusdurlar. Şah İsmayıla sonsuz sayğı və ehtiramları olan sıracların, əsrlər keçməsinə rəğmən öz mədəni kimliklərini mühafizə etmələri ilə bağlı maraqlı məqamlar öz əksini tapıb.
Azərbaycanla Belarus arasında bəyannamə imzalandı like
  • 13 Okt 16:45  
Siyasət Azərbaycanla Belarus arasında bəyannamə imzalandı

Milli Məclisin sədri Oqtay Əsədovun rəhbərliyi ilə Azərbaycan nümayənd

arrow Ətraflı
Nasri: "Xəstəxanada heç kim görüşümə gəlmədi" like
  • 13 Okt 16:44  
İdman Nasri: "Xəstəxanada heç kim görüşümə gəlmədi"

"Antalyaspor"un yarımmüdafiəçisi Samir Nasri Fransanın "Canal+" t

arrow Ətraflı
Ölkədə intihar edən qadınların sayı niyə artır?  FOTO like
  • 13 Okt 16:43  
Digərləri Ölkədə intihar edən qadınların sayı niyə artır? FOTO

Qadınların sosial-psixoloji problemləri Beyləqanda müzakirəyə çıxarıld

arrow Ətraflı
XIX Ümumdünya Gənclər və Tələbələr Festivalının proqramı açıqlanıb like
  • 13 Okt 16:40  
Siyasət XIX Ümumdünya Gənclər və Tələbələr Festivalının proqramı açıqlanıb

Azərbaycandan olan nümayəndə heyəti də Soçidə keçiriləcək festivalda

arrow Ətraflı
Gəncə stadionunun ot örtüyünün dəyişdirilməsi başa çatdı (FOTO) like
  • 13 Okt 16:37  
Digərləri Gəncə stadionunun ot örtüyünün dəyişdirilməsi başa çatdı (FOTO)

Gəncə şəhər stadionunun əsas meydanında təmir işləri və ot örtüyün

arrow Ətraflı
ABŞ-ın İrana qarşı yeni strategiyasının əsas istiqamətləri açıqlanıb like
  • 13 Okt 16:37  
Dünya ABŞ-ın İrana qarşı yeni strategiyasının əsas istiqamətləri açıqlanıb

İnqilab Keşikçiləri Qvardiyasının insan haqlarını kobud şəkildə pozma

arrow Ətraflı
Azərbaycanla Belarus arasında bəyannamə imzalanıb like
  • 13 Okt 16:35  
Digərləri Azərbaycanla Belarus arasında bəyannamə imzalanıb

Milli Məclisinin Sədri Oqtay Əsədovun rəhbərliyi ilə Azərbaycan nümayə

arrow Ətraflı
Belarus prezidenti: "MDB PA çox az ehtiyac duyulan təşkilatdır" like
  • 13 Okt 16:33  
Dünya Belarus prezidenti: "MDB PA çox az ehtiyac duyulan təşkilatdır"

"Belarus PA-nın gücləndirilməsinin lehinədir, amma dürüst və şəffaf f

arrow Ətraflı
Baş nazir: Azərbaycan bölgədə Belarusun ən etibarlı dostu və strateji müttəfiqidir like
  • 13 Okt 16:32  
Digərləri Baş nazir: Azərbaycan bölgədə Belarusun ən etibarlı dostu və strateji müttəfiqidir

Azərbaycan bölgədə Belarusun ən etibarlı dostu və strateji müttəfiqidir

arrow Ətraflı
Hər səhər Sumqayıtda yaşanan gərginlik: "Avtovağzala getmirik, vəssalam" like
  • 13 Okt 16:31  
Digərləri Hər səhər Sumqayıtda yaşanan gərginlik: "Avtovağzala getmirik, vəssalam"

Sumqayıt sakinləri şəhər Avtovağzalındakı vəziyyətdən narazıdırlar.

arrow Ətraflı
THY-nin təyyarəsi quşların "hucum"una məruz qaldı like
  • 13 Okt 16:31  
Digərləri THY-nin təyyarəsi quşların "hucum"una məruz qaldı

"Türk Hava Yolları" (THY) aviaşirkətinə məxsus təyyarə Keniyanın Mombas

arrow Ətraflı
Bakıda “İslam həmrəyliyi: Azərbaycan örnəyi” mövzusunda konfrans keçirilib like
  • 13 Okt 16:30  
Sosial Bakıda “İslam həmrəyliyi: Azərbaycan örnəyi” mövzusunda konfrans keçirilib

"Bu gün ölkədə müxtəlif dinlərin mənsubları heç bir ayrı-seçkiliklə

arrow Ətraflı
Bakıda yolda təhlükə yaradan avtobus sürücüsü işdən azad edildi like
  • 13 Okt 16:27  
Digərləri Bakıda yolda təhlükə yaradan avtobus sürücüsü işdən azad edildi

Bakıda yol hərəkət qaydalarını pozaraq təhlükə yaradan sürücü işdə

arrow Ətraflı