Belarus prezidenti: "MDB PA çox az ehtiyac duyulan təşkilatdır"


Dünya 13 Okt 2017 16:33:15 370 0

Belarus prezidenti: "MDB PA çox az ehtiyac duyulan təşkilatdır"

"Belarus PA-nın gücləndirilməsinin lehinədir, amma dürüst və şəffaf fəaliyyət istəyir"

Belarus prezidenti Aleksandr Lukaşenko Müstəqil Dövlətlər Birliyinin (MDB) Parlamentlərarası Assambleyasını (PA) çox az ehtiyac duyulan təşkilat adlandırıb.

"Report" Belarus KİV-inə istinadən xəbər verir ki, bu barədə o, Azərbaycan Milli Məclisinin sədri Oqtay Əsədovla bu gün Minskdə keçirilən görüşündə bildirib.

"MDB-də PA-nın rolunun gücləndirilməsinin təşəbbüskarlarından biri olmuşuq. Amma təşkilat indiki kimi işləsə, nədən danışaq?! Hər şeyin nəticəsi olmalıdır", - A.Lukaşenko vurğulayıb.

Dövlət başçısı ölkəsinin PA-nın gücləndirilməsinin lehinə olduğunu, amma dürüst və şəffaf fəaliyyət istədiyini qeyd edib: "İlk növbədə, parlamentin hansı istiqamətlərdə işləyəcəyini dəqiq, açıq-aydın söyləmək lazımdır. Biz məhz bunu istəyirik. Daha elə-belə, çox az ehtiyac duyulan təşkilat yox".