Hər səhər Sumqayıtda yaşanan gərginlik: "Avtovağzala getmirik, vəssalam"


Digərləri 13 Okt 2017 16:31:00 359 0

Hər səhər Sumqayıtda yaşanan gərginlik: "Avtovağzala getmirik, vəssalam"

Sumqayıt sakinləri şəhər Avtovağzalındakı vəziyyətdən narazıdırlar.

Son.az xəbər verir ki, onlar publika.az-a bildiriblər ki, avtovağzal uzun müddətdir qrafiksiz işləyir. Şəhər sakini Aynurə Həsənova bildirib ki, hər səhər işə, dərsə gedərkən insanlar saatlarla avtobus gözləyir, gələn avtobusun da "mən avtovağzala getmirəm" sözləri ilə əsəb, stress keçirirlər: "Sumqayıt ölkənin 3-cü böyük şəhəri olsa da, avtovağzalındakı vəziyyət ən ucqar dağ rayonlarında belə yoxdur. Səhər saat 7-dən avtobus gözləyən insanlar gələn avtobusa minmək üçün az qalırlar bir-birlərini əzsinlər. 40-45 dəqiqədə bir avtobus gəlir. Sözün əsl mənasında insanlar bir oturacaq üstündə savaşırlar.

Hansı maşına yaxınlaşırıq, deyir, mən "20 Yanvar"a gedirəm. Bakı Avtovağzalına heç kim getmək istəmir. Avtovağzala gediş haqqı 40 qəpikdir, "20 Yanvar"a isə 60 qəpik. 20 qəpiyə görə biz hər səhər 40 dəqiqədən çox avtobus gözləyirik. Yolda da avtobus dolu ola-ola sərnişin götürürlər. İşə gecikməyimiz bir tərəfə, bütün əsəblərimiz korlanır."

Özünü nəzarətçi kimi təqdim edən Xaliq adlı şəxs Publika.az-a dedi ki, sürücülər onlara tabe olmaq istəmirlər:

"Sərnişinlər çox olduğu üçün şirkət maşınlarının içəri daxil olmasına icazə verilir. Onlar da bundan istifadə edib, öz keflərinə uyğun hərəkət edirlər".