Azərbaycanla Belarus arasında bəyannamə imzalanıb


Digərləri 13 Okt 2017 16:35:00 273 0

Azərbaycanla Belarus arasında bəyannamə imzalanıb

Milli Məclisinin Sədri Oqtay Əsədovun rəhbərliyi ilə Azərbaycan nümayəndə heyətinin Minskə rəsmi səfərinin yekununa dair Bəyannamə imzalanıb.

Bakı. Elçin Mehdiyev - Milli Məclisin sədri Oqtay Əsədovun rəhbərliyi ilə Azərbaycan nümayəndə heyətinin Minskə rəsmi səfərinin yekununa dair Bəyannamə imzalanıb. Trend-in məlumatına görə, bəyannaməni O.Əsədov, Belarus Respublika Şurasının sədri Mixail Myasnikoviç və Belarus parlamentinin Nümayəndələr Palatasının sədri Vladimir Andreyçenko imzalayıb. Bəyannamədə Azərbaycan və Belarus parlamentlərinin iki ölkə arasında iqtisadi-ticari, mədəni, elmi, təhsil sahələrində əlaqələrin inkişafına töhfələri qeyd olunub.