"Petkim"in bu il investisiyası 100 mln. dollar olacaq


İqtisadiyyat 13 Okt 2017 16:12:07 336 0

"Petkim"in bu il investisiyası 100 mln. dollar olacaq

Gələn il isə bu göstəricinin daha çox olacağı gözlənilir

Bu ilin sonuna "Petkim"ə yatırılan investisiyanın həcmi, təxminən, 100 mln. dollara çatacaq.

"Report" xəbər verir ki, bunu Bakıda jurnalistlərə açıqlamasında əsas payı Azərbaycan Dövlət Neft Şirkətinə (SOCAR) məxsus olan "Petkim Holding"in baş direktoru Anar Məmmədov bildirib.

Onun sözlərinə görə, gələn il üçün isə büdcə hələlik müəyyənləşməyib: "Amma təxmin edirəm ki, investisiyanın həcmi 100 mln. dollardan çox olacaq".

İstehsal həcminə gəlincə isə o qeyd edib ki, illik istehsalın həcmi 2 mln. ton təşkil edir: "Petkim"in Türkiyə bazarında payı hazırda 20%-dir".

Qeyd edək ki, SOCAR 2008-ci ildə “Petkim”i (51%) 2,040 mlrd. dollara alaraq Türkiyədəki fəaliyyətinə başlayıb. Hazırda SOCAR “Petkim Holding”də 51% paya malikdir, “Petkim”in qalan səhmləri isə İstanbul Birjasında dövriyyədədir. “Petkim” Türkiyənin ilk və yeganə neft-kimya kompleksi və Egey bölgəsinin ən böyük ixracatçısıdır.