Onkologiya Mərkəzi, IDEAL və Estee Lauder Group döş xərçənginə qarşı birgə kampaniya başlatdı


Digərləri 13 Okt 2017 16:15:00 424 0

Onkologiya Mərkəzi, IDEAL və Estee Lauder Group döş xərçənginə qarşı birgə kampaniya başlatdı

Onkologiya Mərkəzi, IDEAL və Estee Lauder Group döş xərçənginə qarşı birgə kampaniya başlatdı.

Hər ilin oktyabrı ümumdünya süd vəzi xərçəngi ilə mübarizə ayı kimi qeyd olunur. Günümüzdə hər 8 qadından birinin düçar olduğu bu dəhşətli xəstəliklə mübarizə kampaniyalarına bir çox təşkilatlar, şirkətlər və brendlər qoşulur.

Bu il 14 Oktyabr tarixində Azərbaycan Səhiyyə Nazirliyi Milli Onkologiya Mərkəzi və İDEAL-ın təşəbbüsü ilə qadın süd vəzi xərçəngi ilə mübarizə kampaniyası keçiriləcək. Kampaniya İDEAL-ın Gənclik Mall, 28 Mall, Elmlər Akademiyası (Hüseyn Cavid 528) Nərimanov (Ağa Neymətulla 42), H.B. Əliyev, Nizami küç.64, və Park Bulvar filiallarında Estee Lauder brendinin dəstəyi ilə baş tutacaq.

Estee Lauder şirkəti 1992-ci ildən xəstəliklə mübarizəyə başlamış və bunu çəhrayı lentlə simvolizə etmişdir. Kampaniya ərzində İDEAL-ı çəhrayı lentlərlə təmin edəcəklər.


Xəbərə aid foto