"Şərq Tərəfdaşlığı" proqramını kurasiya edən Aİ-nin bir sıra ölkələrinin səfirləri Azərbaycana səfər edəcək


Siyasət 13 Okt 2017 16:06:49 358 0

"Şərq Tərəfdaşlığı" proqramını kurasiya edən Aİ-nin bir sıra ölkələrinin səfirləri Azərbaycana səfər edəcək

Səfər zamanı Brüsseldə keçiriləcək sammitə hazırlığın detalları müzakirə olunacaq

"Şərq Tərəfdaşlığı" proqramını kurasiya edən Avropa İttifaqının (Aİ) bir sıra ölkələrinin səfirləri Azərbaycana səfər edəcək.

"Report"un diplomatik mənbələrə istinadən verdiyi xəbərə görə, Aİ ölkələrindən, təxminən, 15 səfirin səfəri noyabrın əvvəllərinə nəzərdə tutulur.

Məlumata görə, səfər Tallindəki Şərq Tərəfdaşlığı Mərkəzinin koordinasiya dəstəyi ilə hazırda Aİ-yə sədrlik edən Estoniyanın və Latviyanın birgə təşkilatçılığıyla baş tutacaq.

Səfər zamanı noyabrın 24-də Brüsseldə keçiriləcək V Şərq Tərəfdaşlığı sammitinə hazırlığın detalları müzakirə olunacaq.