“Çudo Peçka” işi ilə bağlı daha bir vəzifəli şəxs barəsində QƏRAR VERİLDİ


Digərləri 13 Okt 2017 16:02:00 71 0

“Çudo Peçka” işi ilə bağlı daha bir vəzifəli şəxs barəsində QƏRAR VERİLDİ

Binəqədi Rayon Məhkəməsində "AB Standard" QSC-nin sədri Heydərov Oruc Heydər oğlu barəsində istintaq orqanı tərəfindən verilən təqdimata baxılıb.

Son.az APA-ya istinadən xəbər verir ki, məhkəmə təqdimatı təmin edib və O. Heydərov barəsində həbs-qətimkan tədbirinin müddəti uzadılıb.   O. Heydərovun "Çudo Peçka" və "ÇP Aqro" MMC-nin təsisçisi Çingiz Cəlilovla birlikdə ittiham olunduğu bildirilir.   Ona qarşı Cinayət Məcəlləsinin 179.3.2 (külli miqdarda mənimsəmə və ya israf etmə, yəni təqsirkara etibar edilmiş özgə əmlakını talama) və 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə ağır nəticələrə səbəb olduqda) maddələri ilə ittiham  elan olunmaqla barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.   Bir müddət öncə iş üzrə "Harvest" MMC-nin təsisçisi və direktoru Quliyev Emin Qəzənfər oğlu barəsində də həbs-qətimkan tədbirinin müddəti uzadılıb.   Xatırladaq ki, Baş Prokurorluğun mətbuat xidmətinin yaydığı məlumatda qeyd edilib ki, keçirilmiş istintaq-əməliyyat tədbirləri ilə müəyyən edilib ki, "Çudo Peçka" və "ÇP Aqro" MMC-lərinin təsisçisi Cəlilov Çingiz Asim oğlu "Bank Standard" QSC Kommersiya Bankının İdarə Heyətinin sədri olmuş Kriman Səlim Eldaroviçlə qabaqcadan razılaşmaqla əlbir olaraq həmin dövrdə banka müxtəlif mənbələrdən, o cümlədən xarici və daxili investorlardan və depozitlərdən daxil olmuş külli miqdarda pul vəsaitləri hesabına 21 milyon 874 min manat məbləğində krediti bankın Müşahidə Şurasının razılığı olmadan dəyəri süni olaraq artıq qiymətləndirilmiş əmlakları girov qoymaqla özünün, yaxın qohumlarının və qohumluq münasibətində olduğu, eləcə də rəhbərlik etdiyi cəmiyyətlərdə işləyən ayrı-ayrı şəxslərin adlarına guya bağ evinin alınması, mənzil təmiri, torpaq alınması və bu kimi digər təyinatlarla rəsmiləşdirilməsinə nail olub, daha sonra qeyd olunan kredit müqavilələri əsasında banka guya külli miqdarda kredit borcu olduğu görüntüsünü yaradaraq bir neçə dəfə restrukturizasiya (kreditin və ya onun ödənilməsi şərtlərinin dəyişdirilməsi) etdirməklə mənimsədiyi 13 milyon 962 min manat pul vəsaitini Səlim Krimanla öz aralarında bölüb.   Ç. Cəlilovun qeyd edilən kredit məbləğlərini bankın vəzifəli şəxsləri ilə əlbir olaraq öz qulluq mövqeyindən istifadə etməklə təyinatından yayındırmaqla şəxsi ehtiyaclarına xərcləməsində şübhələr üçün əsaslar yarandığından ona Cinayət Məcəlləsinin 179.3.2 (külli miqdarda mənimsəmə və ya israf etmə, yəni təqsirkara etibar edilmiş özgə əmlakını talama) və 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə ağır nəticələrə səbəb olduqda) maddələri ilə ittiham  elan olunmaqla barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.   Hazırda cinayət işi üzrə qeyd olunan qanunsuz halların tam və hərtərəfli araşdırılmaqla digər təqsirli şəxslərin dairəsinin müəyyənləşdirilərək məsuliyyətə cəlb edilmələri, habelə vurulmuş ziyanın ödənilməsinin təmin edilməsi istiqamətində zəruri istintaq-əməliyyat tədbirləri davam etdirilir.

Bakının daha bir parkında pulsuz "WiFi" olacaq like
  • 13 Okt 15:58  
Digərləri Bakının daha bir parkında pulsuz "WiFi" olacaq

"Bakı Telefon Rabitəsi" MMC paytaxtın "İzmir" parkında

arrow Ətraflı
Avropa Şurasının binasında təxliyə: zəhərlənənlər var like
  • 13 Okt 15:58  
Digərləri Avropa Şurasının binasında təxliyə: zəhərlənənlər var

Brüsseldə Avropa Şurasının (AŞ) binasında təxliyə işləri aparılıb.

arrow Ətraflı
Oğluna toy etmək istəyən anadan AĞLASIĞMAZ HƏRƏKƏT: yad kişi ilə sevişdi, sonra... like
  • 13 Okt 15:56  
Digərləri Oğluna toy etmək istəyən anadan AĞLASIĞMAZ HƏRƏKƏT: yad kişi ilə sevişdi, sonra...

Dələduzluqda ittiham olunan Astara rayon Şiyəkəran kəndində anadan olmuş

arrow Ətraflı
Astrofizika Rəsədxanasından geomaqnit qasırğası ilə bağlı like
  • 13 Okt 15:52  
Digərləri Astrofizika Rəsədxanasından geomaqnit qasırğası ilə bağlı

Bir neçə gün əvvəl başlayan geomaqnit qasırğası hələ də davam etmək

arrow Ətraflı
Ekvador millisinin 5 üzvünə cəza like
  • 13 Okt 15:51  
İdman Ekvador millisinin 5 üzvünə cəza

Ekvador Futbol Fedrasiya millinin 5 futbolçusunu qeyri-müəy

arrow Ətraflı
Dünyanın ən bahalı evi satışa çıxarılıb like
  • 13 Okt 15:50  
İqtisadiyyat Dünyanın ən bahalı evi satışa çıxarılıb

418 mln. dollar qiyməti olan bu malikanə Avropanın ən gözəl bağına malik

arrow Ətraflı
Məşhur teleulduz çimərlikdə biabır oldu  FOTO like
  • 13 Okt 15:48  
Digərləri Məşhur teleulduz çimərlikdə biabır oldu FOTO

İngiltərəli aktrisa, kinorejissor, ssenariçi və kinoprodüser Tina Meloun-

arrow Ətraflı
BMT rəsmisi Azərbaycanın uğurlu gənclər siyasətindən danışıb like
  • 13 Okt 15:46  
Sosial BMT rəsmisi Azərbaycanın uğurlu gənclər siyasətindən danışıb

Rusiyada BMT-yə üzv ölkələrin iştirakı ilə keçirilən toplantı çərç

arrow Ətraflı
IMF: Yaxın 5 ildə Azərbaycan iqtisadiyyatı 48% artacaq like
  • 13 Okt 15:46  
İqtisadiyyat IMF: Yaxın 5 ildə Azərbaycan iqtisadiyyatı 48% artacaq

Lakin Azərbaycanda 2022-ci ildə də böhrandan əvvəlki rekord göstəriciyə

arrow Ətraflı
Havanin pisləşməsi mobil şəbəkəyə təsir edir? like
  • 13 Okt 15:44  
Digərləri Havanin pisləşməsi mobil şəbəkəyə təsir edir?

"Güclü külək mobil rabitə şəbəkəsinin işinə mənfi təsir göst

arrow Ətraflı
Bilik Fondu ana dili ilə bağlı mühazirə keçirib (FOTO) like
  • 13 Okt 15:42  
Digərləri Bilik Fondu ana dili ilə bağlı mühazirə keçirib (FOTO)

“Ana dilinin saflığının qorunmasında ictimaiyyətin rolu” mövzusunda m

arrow Ətraflı
Model Leylanın ölümü ilə bağlı cinayət işinə xitam verildi like
  • 13 Okt 15:41  
Digərləri Model Leylanın ölümü ilə bağlı cinayət işinə xitam verildi

Model Leyla Oruclunun ölümü ilə bağlı başlanılan cinayət işinə xitam

arrow Ətraflı
Eyfel qülləsi bağlandı - Bu dəfəki səbəb? like
  • 13 Okt 15:40  
Digərləri Eyfel qülləsi bağlandı - Bu dəfəki səbəb?

Parisdə Eyfel qülləsi turistlərin üçün bağlanıb.

arrow Ətraflı