Avropa Şurasının binasında təxliyə:


Dünya 13 Okt 2017 16:03:00 290 0

Avropa Şurasının binasında təxliyə:

Brüsseldə Avropa Şurasının (AŞ) binasında təxliyə işləri aparılıb.

Son.az Trend-ə istinadən xəbər verir ki, buna binanın texniki hissəsindəki ventilyasiya sistemində yaranan nasazlıq səbəb olub. Təhlükəsizlik məqsədilə binadakı insanlar təxliyə edilib.

Bir neçə nəfərin toksiki buxardan zəhərləndiyi bildirilir.

AŞ-nin məlumatında hadisənin mətbəxdə qeydə alındığı, zəhərlənənlərin də mətbəxdə çalışan bir neçə əməkdaş olduğu deyilir.