"Manchester United" 170 milyon funt ödəməyə hazırdır


İdman 13 Okt 2017 16:10:00 357 0

"Manchester United" 170 milyon funt ödəməyə hazırdır

"Manchester United" hücum xəttini gücləndirmək istəyir. Goal.az xəbər verir ki, "qırmızı şeytanlar" 24 yaşlı Harri Keyni transfer etmək niyyətindədir. Onun buraxılış qiyməti 170 milyon funtdur. Hazırda yaxşı formada olan Keynin adı "Real Madrid"lə də hallanır. Amma Madrid klubunun göstərilən buraxılış qiymətinə razılaşacağı sual altındadır. "United" isə onun məvacibini həftədə 140 min funta qaldırmağa hazırdır.