Astrofizika Rəsədxanasından geomaqnit qasırğası ilə bağlı


Digərləri 13 Okt 2017 15:52:00 370 0

Astrofizika Rəsədxanasından geomaqnit qasırğası ilə bağlı

Bir neçə gün əvvəl başlayan geomaqnit qasırğası hələ də davam etməkdədir.

Son.az xəbər verir ki, Azərbaycan Milli Elmlər Akademiyasının N. Tusi adına Şamaxı Astrofizika Rəsədxanasının elmi işlər üzrə direktor müavini Elçin Babayev APA-ya bildirib ki, Kp indeksinin qiyməti 3 ilə 5 arasında dəyişir: "Hazırda G1 kateqoriyalı geomaqnit qasırğası davam etməkdədir. Yer kürəsi hələ də Günəşdən başlanğıcını götürən plazma küləyinin ağuşundadır. Lakin getdikcə qasırğa səngiyəcək. Artıq yuxarı en dairələrində yerləşmiş ölkələrin ərazisində əsrarəngiz təbiət hadisəsi olan "avrora"lar ("qütb parıltıları") müşahidə olunub".