Bölgələrdə ünsiyyət məhdudiyyətli gənclər üçün “Təlim məktəbi” layihəsi davam edir


Digərləri 13 Okt 2017 15:52:00 67 0

Bölgələrdə ünsiyyət məhdudiyyətli gənclər üçün “Təlim məktəbi” layihəsi davam edir

“Nar” və “Uğur Akademiyası” tərəfindən təşkil edilən bölgələrdə “Təlim məktəbi” layihəsinin ikinci mərhələsi start götürüb.

Bakı. “Nar” və “Uğur Akademiyası” tərəfindən təşkil edilən bölgələrdə “Təlim məktəbi” layihəsinin ikinci mərhələsi start götürüb. Şirkətdən Trend-ə verilən məlumata görə, Göygöldə həyata keçirilən layihə təcrübəli mütəxəssislər və peşəkar psixoloqun iştirakı ilə reallaşdırılır. Təlim iştirakçılarının smartfon təmiri, dərzilik və bərbərlik kurslarında iştirak etməsi nəzərdə tutulub. Bölgələrdə bir ilk olaraq həyata keçirilən layihə rayon icra hakimiyyəti və Ailə, qadın və uşaq problemləri üzrə dövlət komitəsinin regional mərkəzi tərəfindən dəstəklənir. “Təlim məktəbi” layihəsi “Nar” tərəfindən reallaşdırılan və fiziki məhdudiyyətli gənclərin cəmiyyətə inteqrasiyası üçün nəzərdə tutulan bir layihədir. Layihə çərçivəsində Göygöl və ətraf bölgələrdən olan 20-dən çox yerli sakinin iki həftə boyunca üç istiqamət üzrə peşə təlimi alması nəzərdə tutulub. Bölgələrdə “Təlim məktəbi” layihəsinin davamlı olaraq reallaşdırılması planlaşdırılıb. “Təlim məktəbi” layihəsi ilk olaraq Bakıda start götürüb və ümumilikdə 75 nəfər tələbənin iştirakı ilə həyata keçirilib. “Nar”-ın təşəbbüsü ilə təmənnasız həyata keçirilən layihənin məqsədi ünsiyyət məhdudiyyətli gənclərin bilik və bacarıqlarını artırmaq, onların gələcək karyeralarına töhfə vermək və mənəvi dəstək göstərməklə cəmiyyətə inteqrasiya etdirməkdir. Təşkilatçılar “Təlim məktəbi”ni bitirən gəncləri diqqət mərkəzində saxlayaraq onların işlə təmin olunmasına yardımçı olurlar. Layihənin bölgələrdə həyata keçirilməsinə Zaqatala rayonunda start verilib. Artıq 3 ildən çoxdur ki, “Nar” korporativ sosial məsuliyyət (KSM) strategiyası çərçivəsində fiziki məhdudiyyətli Azərbaycan vətəndaşlarının cəmiyyətə inteqrasiyası istiqamətində müxtəlif addımlar atır. Yerli biznes mühiti üçün nümunə olaraq qeyd etmək lazımdır ki, 11 nəfər ünsiyyət məhdudiyyətli şəxs hazırda “Nar”-ın əməkdaşı olaraq fəaliyyət göstərir. Mobil operator bu qəbildən olan sosial layihələri genişləndirməyi və bənzər təşəbbüslərə dəstəyi davam etdirməyi nəzərdə tutur. “Nar”-ın KSM strategiyası haqqında ətraflı məlumatı nar.az internet səhifəsindən öyrənmək olar. “Azerfon” şirkəti 21 mart 2007-ci ildə “Nar Mobile” ticarət nişanı ilə fəaliyyətə başlayaraq qısa bir müddətdə Azərbaycanda telekommunikasiya və mobil rabitə sahəsinin aparıcı şirkətlərindən birinə çevrilib. “Nar” ticarət nişanı Azərbaycanın zəngin mədəni və tarixi irsinin çağdaş həyatla bağlılığının rəmzi olaraq seçilib. “Nar” ölkədə ilk dəfə olaraq 3G texnologiyasını təqdim edib və geniş 4G şəbəkəsini abunəçilərinin istifadəsinə verib. Mobil operator şəbəkə keyfiyyətinin davamlı təkmilləşdirilməsi strategiyası çərçivəsində səs keyfiyyətinin nəzərəçarpacaq dərəcədə artımını və səsin təmiz ötürülməsini təmin edən “HD-Voice” (High Definition Voice) xidmətini təqdim edib. “Nar” şəbəkəsi hazırda ölkə ərazisinin 93%-ni əhatə edir və 6000-dən artıq baza stansiyası ilə 2 milyondan çox abunəçiyə yüksəkkeyfiyyətli xidmət göstərir.
Ekvador millisinin 5 üzvünə cəza like
  • 13 Okt 15:51  
İdman Ekvador millisinin 5 üzvünə cəza

Ekvador Futbol Fedrasiya millinin 5 futbolçusunu qeyri-müəy

arrow Ətraflı
Dünyanın ən bahalı evi satışa çıxarılıb like
  • 13 Okt 15:50  
İqtisadiyyat Dünyanın ən bahalı evi satışa çıxarılıb

418 mln. dollar qiyməti olan bu malikanə Avropanın ən gözəl bağına malik

arrow Ətraflı
Məşhur teleulduz çimərlikdə biabır oldu  FOTO like
  • 13 Okt 15:48  
Digərləri Məşhur teleulduz çimərlikdə biabır oldu FOTO

İngiltərəli aktrisa, kinorejissor, ssenariçi və kinoprodüser Tina Meloun-

arrow Ətraflı
BMT rəsmisi Azərbaycanın uğurlu gənclər siyasətindən danışıb like
  • 13 Okt 15:46  
Sosial BMT rəsmisi Azərbaycanın uğurlu gənclər siyasətindən danışıb

Rusiyada BMT-yə üzv ölkələrin iştirakı ilə keçirilən toplantı çərç

arrow Ətraflı
IMF: Yaxın 5 ildə Azərbaycan iqtisadiyyatı 48% artacaq like
  • 13 Okt 15:46  
İqtisadiyyat IMF: Yaxın 5 ildə Azərbaycan iqtisadiyyatı 48% artacaq

Lakin Azərbaycanda 2022-ci ildə də böhrandan əvvəlki rekord göstəriciyə

arrow Ətraflı
Havanin pisləşməsi mobil şəbəkəyə təsir edir? like
  • 13 Okt 15:44  
Digərləri Havanin pisləşməsi mobil şəbəkəyə təsir edir?

"Güclü külək mobil rabitə şəbəkəsinin işinə mənfi təsir göst

arrow Ətraflı
Bilik Fondu ana dili ilə bağlı mühazirə keçirib (FOTO) like
  • 13 Okt 15:42  
Digərləri Bilik Fondu ana dili ilə bağlı mühazirə keçirib (FOTO)

“Ana dilinin saflığının qorunmasında ictimaiyyətin rolu” mövzusunda m

arrow Ətraflı
Model Leylanın ölümü ilə bağlı cinayət işinə xitam verildi like
  • 13 Okt 15:41  
Digərləri Model Leylanın ölümü ilə bağlı cinayət işinə xitam verildi

Model Leyla Oruclunun ölümü ilə bağlı başlanılan cinayət işinə xitam

arrow Ətraflı
Eyfel qülləsi bağlandı - Bu dəfəki səbəb? like
  • 13 Okt 15:40  
Digərləri Eyfel qülləsi bağlandı - Bu dəfəki səbəb?

Parisdə Eyfel qülləsi turistlərin üçün bağlanıb.

arrow Ətraflı
Bakının daha bir parkında pulsuz "Wi-Fi" olacaq (ÖZƏL) like
  • 13 Okt 15:39  
Digərləri Bakının daha bir parkında pulsuz "Wi-Fi" olacaq (ÖZƏL)

"Bakı Telefon Rabitəsi" MMC paytaxtın "İzmir" parkında pulsuz "Wi-Fi" şəb

arrow Ətraflı
Tovuzda 4-cü sinif şagirdi məktəbdə ağır xəsarət alıb like
  • 13 Okt 15:37  
Sosial Tovuzda 4-cü sinif şagirdi məktəbdə ağır xəsarət alıb

Şagird hündür turnikdən yıxılıb və hər iki biləyi sınıb

arrow Ətraflı
Azərbaycanda kredit kartlarının sayı 9% azalıb like
  • 13 Okt 15:36  
İqtisadiyyat Azərbaycanda kredit kartlarının sayı 9% azalıb

Dövriyyədə olan ödəniş kartlarının 10%-i kredit kartlarının payına d

arrow Ətraflı
Yaşar: "Vüsaləyə nə qədər səs lazım idisə yolladım" like
  • 13 Okt 15:36  
Şou-biznes Yaşar: "Vüsaləyə nə qədər səs lazım idisə yolladım"

Dünən "Maşın" şouda səsvermə nəticəsində müğənni Günel

arrow Ətraflı
Nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri Göyçayda vətəndaşlarla görüşüb like
  • 13 Okt 15:35  
İqtisadiyyat Nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri Göyçayda vətəndaşlarla görüşüb

Ramin Quluzadə Göyçay, Kürdəmir, Ucar, Ağdaş rayonlarının, eləcə də

arrow Ətraflı
Qvardiola sentyabrın ən yaxşısı seçildi like
  • 13 Okt 15:32  
İdman Qvardiola sentyabrın ən yaxşısı seçildi

"Manchester City"nin çalışdırıcısı Xosep Qvardiola İgiltərə Prem

arrow Ətraflı