Avropa Şurasının binasında təxliyə: zəhərlənənlər var


Digərləri 13 Okt 2017 15:58:00 265 0

Avropa Şurasının binasında təxliyə: zəhərlənənlər var

Brüsseldə Avropa Şurasının (AŞ) binasında təxliyə işləri aparılıb.

Bakı. Brüsseldə Avropa Şurasının (AŞ) binasında təxliyə işləri aparılıb. Trend-in məlumatına görə, buna binanın texniki hissəsindəki ventilyasiya sistemində yaranan nasazlıq səbəb olub. Təhlükəsizlik məqsədilə binadakı insanlar təxliyə edilib. Bir neçə nəfərin toksiki buxardan zəhərləndiyi bildirilir. AŞ-nin məlumatında hadisənin mətbəxdə qeydə alındığı, zəhərlənənlərin də mətbəxdə çalışan bir neçə əməkdaş olduğu deyilir. Əraziyə təcili tibbi yardım və yanğınsöndürmə briqadaları cəlb olunub.