Model Leylanın ölümü ilə bağlı cinayət işinə xitam verildi


Digərləri 13 Okt 2017 15:41:00 369 0

Model Leylanın ölümü ilə bağlı cinayət işinə xitam verildi

Model Leyla Oruclunun ölümü ilə bağlı başlanılan cinayət işinə xitam verilməsi barədə qərardan şikayət verilib.

Son.az xəbər verir ki, bu barədə femida.az -a məlumat verən vəkil İradə Cavadova bildirib ki, hüquqlarını müdafiə etdiyi L. Oruclunun anası Sevinc Orucova həmin qərardan Nərimanov rayon Məhkəməsinə şikayət edib.

Şikayətə oktyabrın 19-da hakim Samir Məmmədovun sədrliyi ilə baxılacaq.

Vəkil bildirib ki, xitam qərarı bir müddət əvvəl verilsə də, onlara məlumat verilməyib. Çoxsaylı müraciətlərdən sonra vəkil qərarı ala bilib.