Qvardiola sentyabrın ən yaxşısı seçildi


İdman 13 Okt 2017 15:32:00 329 0

Qvardiola sentyabrın ən yaxşısı seçildi

"Manchester City"nin çalışdırıcısı Xosep Qvardiola İgiltərə Premyer Liqasında sentyabr ayının ən yaxşı baş məşqçisi seçilib. Goal.az xəbər verir ki, katalon mütəxəsis Maurisio Poçettino (Tottenham), Joze Mourinyo (Manchester United) və Arsen Venqer (Arsenal) kimi həmkarlarını qabaqlayıb. Bu mükafat onun Premyer Liqa karyerasında 2-cidir.

"City" ötən ay keçirdiyi hər 4 oyunda qələbə qazanıb. Qvardiolanın komandası "Liverpool" (5:0), "Watford" (6:0), "Crystal Palace" (5:0) və "Chelsea"ni (1:0) məğlubiyyətə uğradıb.