"Azərbaycan-Türkiyə münasibətləri" II Beynəlxalq elmi konfransı öz işinə başlayıb (FOTO)


Digərləri 13 Okt 2017 15:31:23 47 0

"Azərbaycan-Türkiyə münasibətləri" II Beynəlxalq elmi konfransı öz işinə başlayıb (FOTO)

ADPU-da "Azərbaycan-Türkiyə münasibətləri" II Beynəlxalq elmi konfransı öz işinə başlayıb.

Bakı. Azərbaycan Dövlət Pedaqoji Universitetinin, Azərbaycan Turizm və Menecment Universitetinin və Türkiyənin Kastamonu Universitetinin birgə təşkilatçılığı ilə ADPU-da "Azərbaycan-Türkiyə münasibətləri" II Beynəlxalq elmi konfransı öz işinə başlayıb. Konfrans iştirakçıları əvvəlcə Fəxri xiyabanda Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin məzarını ziyarət edərək, abidəsi önünə əklil qoyublar. Görkəmli oftalmoloq-alim, akademik Zərifə Əliyevanın da xatirəsi ehtiramla yad edilib, məzarı önünə gül dəstələri düzülüb. Sonra konfrans iştirakçıları Şəhidlər xiyabanında Azərbaycanın ərazi bütövlüyü və dövlət müstəqilliyi uğrunda şəhid olmuş soydaşlarımızın məzarlarını və Türk Şəhidliyi abidəsini ziyarət edərək "Əbədi məşəl" kompleksi, həmçinin, Türk Şəhidliyi abidəsinin önünə gül dəstələri düzüblər. Beynəlxalq elmi konfransın plenar iclası ADPU-nun böyük akt zalında keçirilib. Öncə Türkiyənin və Azərbaycanın dövlət himnləri səsləndirilib. ADPU-nun rektoru, professor Cəfər Cəfərov plenar iclası giriş sözü ilə açaraq bildirib ki, Azərbaycan və Türkiyə ulu öndər Heydər Əliyevin müdrikliklə söylədiyi "Biz bir millət, iki dövlətik" fikrinə sadiq qalaraq müxtəlif sahələrdə, o cümlədən, təhlükəsizlik, iqtisadiyyat, energetika, ticarət, hərbi-texniki və digər sahələrdə sıx əməkdaşlıq edirlər. Yüksək səviyyəli qarşılıqlı əlaqələr, ölkələrimizin həyata keçirdiyi çoxsaylı birgə layihələr ikitərəfli münasibətlərimizin möhkəmləndirilməsinə böyük töhfələr verir. Azərbaycan və Türkiyə beynəlxalq təşkilatlarda da bir-birinə dəstək verirlər. Hər iki ölkənin rəhbərlərinin siyasi sahədə uğurla həyata keçirdiyi əməkdaşlığı universitetlər elm və təhsil sahəsində müvvəffəqiyyətlə davam etdirirlər. Bu gün keçirilən beynəlxalq elmi konfrans da bu əməkdaşlığın bariz nümunəsidir. Kastamonu Universitetinin rektoru, professor Seyit Aydın çıxış edərək, konfransın keçirilməsinə görə, ADPU-nun və ATMU-nun rəhbərliyinə təşəkkür edib. Bildirib ki, konfrans türk və müsəlman dünyasının böyük mütəfəkkiri İsmayıl bəy Qaspıralının "Dildə, işdə, fikirdə birlik" ideyasının əyani ifadəsidir. Konfrans iki qardaş ölkənin əlaqə və münasibətlərinin inkişafına müsbət təsir edəcək. Azərbaycan Turizm və Menecment Universitetinin rektoru, dosent İlham Mədətov çıxışında qeyd edib ki, Azərbaycanla Türkiyə arasında münasibətlər həmişə yaxşı olub. Türkiyə 1918-ci ildə Azərbaycan Xalq Cümhurriyyətini tanıyan birinci ölkə olmuşdur. 1991-ci ildə də Azərbaycanın dövlət müstəqilliyini tanıyan ilk ölkə də məhz Türkiyə olmuşdur. Bu gün Azərbaycan-Türkiyə münasibətləri yüksələn xətlə inkişaf edir. Türkiyə Azərbaycanda keçirilən bütün beynəlxalq layihə və tədbirlərdə fəal iştirak edir. Azərbaycan-Türkiyə münasibətlərinin yüksək səviyyədə olması hər iki ölkənin güclənməsinə kömək edir. Türkiyənin Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Erkan Özoral konfransın keçirilməsindən məmnunluq duyduğunu ifadə edib və konfransın təşkilatçılarına təşəkkür edib. Səfir vurğulayıb ki, dostluq və qardaşlıq Türkiyə-Azərbaycan münasibətlərinin təməl prinsiplərini təşkil edir. İki qardaş ölkə arasında münasibətlər bütün sahələrdə dinamik inkişaf edir. Bu münasibətlərin miqyası gələcəkdə daha da genişlənəcək. Plenar iclasdan sonra konfrans öz işini bölmə iclaslarında davam etdirib. Konfransın altı bölmədə keçiriləcək iclaslarında, ümumilikdə 83 elmi məruzə dinləniləcək. Qeyd edək ki, 3 gün davam edəcək beynəlxalq elmi konfrans oktyabrın 14-də başa çatacaq.
Məhkəmə "kriminal avtoritet"in apellyasiya şikayətini təmin etməyib like
  • 13 Okt 15:31  
Sosial Məhkəmə "kriminal avtoritet"in apellyasiya şikayətini təmin etməyib

Birinci instansiya məhkəməsinin çıxardığı hökm dəyişdirilmədən qüv

arrow Ətraflı
AŞ PA üzvü Azərbaycanla bağlı qəbul edilən qətnamələri qalmaqallı adlandırdı like
  • 13 Okt 15:31  
Siyasət AŞ PA üzvü Azərbaycanla bağlı qəbul edilən qətnamələri qalmaqallı adlandırdı

Avropa Şurası Parlament Assambleyasının (AŞ PA) payız sessiyasında Azərb

arrow Ətraflı
Ramin Quluzadə Göyçayda vətəndaşlarla görüşüb (FOTO) like
  • 13 Okt 15:25  
Digərləri Ramin Quluzadə Göyçayda vətəndaşlarla görüşüb (FOTO)

Nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri Ramin Quluzadə Göyçayd

arrow Ətraflı
Bolqarıstan prezidenti Milli Məclisdə olub like
  • 13 Okt 15:21  
Siyasət Bolqarıstan prezidenti Milli Məclisdə olub

Görüşdə ikitərəfli əlaqələrdən danışılıb, ölkələr arasındakı

arrow Ətraflı
Keçmiş nazir müavininə SOCARda yüksək vəzifə verildi like
  • 13 Okt 15:19  
Digərləri Keçmiş nazir müavininə SOCARda yüksək vəzifə verildi

Gürcüstanın energetika nazirinin keçmiş müavini Mariam Valişviliyə SOCAR

arrow Ətraflı
Millimizin üzvü "Galatasaray"da like
  • 13 Okt 15:13  
İdman Millimizin üzvü "Galatasaray"da

17 yaşlılardan ibarət milli komandamızın üzvü Mutlu Aksu

arrow Ətraflı
"AzerGold" qızıl və gümüş satışından 62 milyon dollardan artıq vəsait əldə edib like
  • 13 Okt 15:13  
Digərləri "AzerGold" qızıl və gümüş satışından 62 milyon dollardan artıq vəsait əldə edib

"AzerGold" Qapalı Səhmdar Cəmiyyəti (QSC) qızıl və gümüş satışından

arrow Ətraflı
AŞ PA üzvü Azərbaycanla bağlı qəbul edilən qətnamələri qalmaqallı adlandırıb like
  • 13 Okt 15:09  
Digərləri AŞ PA üzvü Azərbaycanla bağlı qəbul edilən qətnamələri qalmaqallı adlandırıb

Avropa Şurası Parlament Assambleyasının (AŞ PA) payız sessiyasında Azərb

arrow Ətraflı
Sputnik XIX Ümumdünya gənclər və tələbə festivalına dəstək olacaq like
  • 13 Okt 15:05  
Digərləri Sputnik XIX Ümumdünya gənclər və tələbə festivalına dəstək olacaq

Sputnik Beynəlxalq İnformasiya Agentliyi və Radiosu 14-22 oktyabr tarixlərin

arrow Ətraflı
Artur Rasi-zadə Bolqarıstan prezidenti ilə birgə nahar edib like
  • 13 Okt 15:00  
Siyasət Artur Rasi-zadə Bolqarıstan prezidenti ilə birgə nahar edib

Söhbət zamanı iki ölkə arasında münasibətlərin, o cümlədən iqtisadi

arrow Ətraflı
42 yaşlı Hollivud ulduzu jurnal üçün lüt şəkil çəkdirdi  FOTO like
  • 13 Okt 15:00  
Digərləri 42 yaşlı Hollivud ulduzu jurnal üçün lüt şəkil çəkdirdi FOTO

Məşhur aktrisa, Hollivud ulduzu Penelopa Kruz çılpaq halda kamera qarşıs

arrow Ətraflı
""Faytonçu" Nazim mənim sayəmdə sağ qalıb" like
  • 13 Okt 14:58  
Digərləri ""Faytonçu" Nazim mənim sayəmdə sağ qalıb"

"Elmed" Tibb Mərkəzi müğənni Nazim Paşiyarinin ittihamlarına ca

arrow Ətraflı