Artur Rasi-zadə Bolqarıstan prezidenti ilə birgə nahar edib


Siyasət 13 Okt 2017 15:00:05 405 0

Artur Rasi-zadə Bolqarıstan prezidenti ilə birgə nahar edib

Söhbət zamanı iki ölkə arasında münasibətlərin, o cümlədən iqtisadi sahədə əməkdaşlığın perspektivləri barədə fikir mübadiləsi aparılıb

Baş nazir Artur Rasi-zadə və Azərbaycanda rəsmi səfərdə olan Bolqarıstan prezidenti Rumen Radev birgə nahar ediblər.

“Report” xəbər verir ki, söhbət zamanı Azərbaycan ilə Bolqarıstan arasında münasibətlərin, o cümlədən iqtisadi sahədə əməkdaşlığın perspektivləri barədə fikir mübadiləsi aparılıb.