Deputat: Ermənistanda vəzifə tutan Xocalı qətliamı törədənlərə niyə təzyiq göstərmirsiniz?


Digərləri 13 Okt 2017 15:05:00 93 0

Deputat: Ermənistanda vəzifə tutan Xocalı qətliamı törədənlərə niyə təzyiq göstərmirsiniz?

Xocalı soyqırımını törədənlər Ermənistanda yüksək vəzifələrdədirlər və nə üçün onların ədalət qarşısında cavab verməsi üçün bu ölkəyə təzyiq göstərmirsiniz?

Bakı. Xocalı soyqırımını törədənlər Ermənistanda yüksək vəzifələrdədirlər və nə üçün onların ədalət qarşısında cavab verməsi üçün bu ölkəyə təzyiq göstərmirsiniz? Trend-in məlumatına görə, bunu millət vəkili, Azərbaycanın AŞPA-da nümayəndə heyətinin üzvü Qənirə Paşayeva AŞPA-da “Azad müzakirələr” zamanı çıxışında deyib. O qeyd edib ki, terrorçunu qəhrəman elan edən, Xocalı soyqırımını törədən işğalçı bir ölkə heyətinin bu təşkilatda ədalətdən danışmaq haqqı yoxdur. Q.Paşayeva erməni kökənli beynəlxalq terrorçi Varujan Karapetyan Ermənistanın müraciəti ilə Fransada müəmmalı şəkildə azadlığa buraxılmasından danışıb və bununla bağlı araşdırılma tələb edib. Deputat AŞPA-nı ikili standartlarda ittiham edib və bəzi millət vəkillərinin Azərbaycan əleyhinə apardığı kampaniyaya sərt reaksiya verib: ”Bəzi millət vəkillərinin - xüsusilə Ermənistan nümayəndə heyətinin Azərbaycanın əleyhinə bir neçə gündür burada söylədikləri saxta ittihamlara, yalanlara cavab vermək məcburiyyətindəyəm. Mən 12 ildir burada ölkəmin təmsilçisiyəm. Amma bu gün yalan-məlumatlarla "insan haqları" adı altında Azərbaycanı ittiham edən bəzi millət vəkillərinin Avropa Şurasının üzvü olan Ermənistanın Azərbaycan torpaqlarının 20%-ni işğal etməsi nəticəsində öz evlərindən sürgün edilmiş 1 milyon azərbaycanlı qaçqının, məcburi köçkünün Ermənistan tərəfindən pozulmuş insan haqlarını müdafiə etmələrini heç bir zaman görmədim. Nə üçün yüz minlərlə azərbaycanlı qaçqının haqlarını pozan Ermənistana qarşı təzyiq tətbiq etmək üçün Assambleyamız heç bir addım atmır? Evlərinə dönə bilməyən 1 milyon azərbaycanlı məcburi köçkün Assambleyamızdan bu suallarına cavab gözləyirlər. Ermənistan bütün dünyanın gözləri önündə Azərbaycanın Xocalı şəhərində bir gecədə 613 insanı qətlə yetirdi, yüzlərlə insan o soyuq qış günlərində ağır yaralı olaraq canlarını zorla qurtardı. Ermənistan Xocalıda bir soyqırım həyata keçirdi və oradan sağ canlarını qurtara bilmiş çox az sayda məcburi köçkünlər bu gün də öz evlərinə dönə bilmirlər". Q.Paşayeva bildirib: "Nə üçün bu insanların pozulmuş "insan haqları"nın müdafiəsi üçün Assambleyamız heç bir addım atmır? Nə üçün ikili standartlar davam edir? Xocalılar Assambleyamızdan bu suallarına cavab gözləyirlər. Xocalı soyqırımı kimi insanlıq əleyhinə cinayət törədənlər bu gün Ermənistanda yüksək vəzifə tuturlar və bu günə qədər ədalət qarşısında cavab verməyiblər. Avropa Şurasının Baş katibi Torbyorn Yagland Azərbaycan əleyhinə çıxışlar edir. Amma Ermənistan dövləti onun və AŞPA-nın çağırışlarına məhəl qoymur, bu gün də qanunsuz olaraq girov saxladığı azərbaycanlı Dilqəm Əsgərov və Şahbaz Quliyevi azadlığa buraxmır. Nə üçün cənab Yagland və Assambleyamız bu insanların pozulmuş insan haqlarının müdafiəsi, onların azadlığa buraxılması üçün Ermənistana qarşı təzyiq göstərilməsi istiqamətində ciddi addımlar atmırlar? Dilqəm Əsgrov və Şahbaz Quliyevin ailəsi sizdən bu suallarına cavab gözləyirlər". Deputat sonra qeyd edib: "Ermənistan heyətinin neçə gündür Azərbaycan əleyhinə yalanlarla dolu açıqlamalarına gəlincə, buradan onlara demək istəyirəm ki, siz ASALA terror təşkilatının liderlərindən olan Varujan Karapetyandan bəhs edin. Fransanın Orli hava limanında Türk Hava Yollarının bürosuna bombalı hücum edərək 8 məsum insanın ölməsinə, 55 nəfərin yaralanmasına səbəb olan terrorçunun Ermənistan dövlətinin və siyasətçilərinin müraciətlərinə əsasən, Fransada necə əfv edilməsindən və sizin onu Ermənistanda qəhrəman elan etməyinizdən bəhs edin. Terrorçunu qəhrəmana çevirən bir dövlətin millət vəkillərinin burada bizə insan haqlarından bəhs etmə haqları yoxdur. Biz buradan bu terrorçu və onunla birlikdə terrorlarda iştirak edən ermənilərlə bağlı araşdırmalar, istintaqın aparılmasını tələb edirik. Və sonda Myanmada, Arakanda müsəlmanlar əlehinə törədilən soyqırımın Assambleyada müzakirə edilməməsini və etiraz qərarı, bəyanatı qəbul edilməməsini qınayırıq. Avropa Şurası sərhədlərindən uzaqda olsa da, Assambleyamızı orada insanlıq əlehinə törədilən cinayətlərə səssiz qalmamağa çağırırıq".
Artur Rasi-zadə Bolqarıstan prezidenti ilə birgə nahar edib like
  • 13 Okt 15:00  
Siyasət Artur Rasi-zadə Bolqarıstan prezidenti ilə birgə nahar edib

Söhbət zamanı iki ölkə arasında münasibətlərin, o cümlədən iqtisadi

arrow Ətraflı
42 yaşlı Hollivud ulduzu jurnal üçün lüt şəkil çəkdirdi  FOTO like
  • 13 Okt 15:00  
Digərləri 42 yaşlı Hollivud ulduzu jurnal üçün lüt şəkil çəkdirdi FOTO

Məşhur aktrisa, Hollivud ulduzu Penelopa Kruz çılpaq halda kamera qarşıs

arrow Ətraflı
""Faytonçu" Nazim mənim sayəmdə sağ qalıb" like
  • 13 Okt 14:58  
Digərləri ""Faytonçu" Nazim mənim sayəmdə sağ qalıb"

"Elmed" Tibb Mərkəzi müğənni Nazim Paşiyarinin ittihamlarına ca

arrow Ətraflı
Aleksandr Lukaşenko: "Azərbaycanlılar və belaruslar qardaşdır" like
  • 13 Okt 14:57  
Siyasət Aleksandr Lukaşenko: "Azərbaycanlılar və belaruslar qardaşdır"

Belarus prezidenti Azərbaycan parlamentinin sədri ilə görüşüb

arrow Ətraflı
Saç əkdirən azərbaycanlı məşhurların SİYAHISI  FOTO like
  • 13 Okt 14:57  
Digərləri Saç əkdirən azərbaycanlı məşhurların SİYAHISI FOTO

Azərbaycan şou-biznesinin xanımları kimi bəyləri də tamaşaçı qarşıs

arrow Ətraflı
Türkiyə Suriya ərazisində monitorinq aparmaq üçün qurğu quraşdırır like
  • 13 Okt 14:56  
Dünya Türkiyə Suriya ərazisində monitorinq aparmaq üçün qurğu quraşdırır

Türkiyənin 8 tankı və 50 zirehli nəqliyyat vasitəsi də qonşu ölkənin

arrow Ətraflı
Məktəbdə bədbəxt hadisə   Tovuzda like
  • 13 Okt 14:56  
Digərləri Məktəbdə bədbəxt hadisə Tovuzda

Tovuz rayonunda məktəbdə bədbəxt hadisə baş verib.

arrow Ətraflı
Havanin pisləşməsi mobil şəbəkəyə təsir edir? like
  • 13 Okt 14:54  
Digərləri Havanin pisləşməsi mobil şəbəkəyə təsir edir?

Güclü külək mobil rabitə şəbəkəsinin işinə mənfi təsir göstərir.

arrow Ətraflı
Ruslar oktyabrın 13də uçmağa qorxurlar like
  • 13 Okt 14:51  
Dünya Ruslar oktyabrın 13də uçmağa qorxurlar

Ruslar 13 oktyabr tarixində uçmaqdan qorxurlar.

arrow Ətraflı
Errera və Barqas mövsümün sonuna kimi "Neftçi"də like
  • 13 Okt 14:50  
İdman Errera və Barqas mövsümün sonuna kimi "Neftçi"də

"Neftçi” iki futbolçusu – İqnasio Errera və

arrow Ətraflı
Övladlığa götürüldüyünü eşidən qızın sevinci  VİDEO  FOTO like
  • 13 Okt 14:46  
Digərləri Övladlığa götürüldüyünü eşidən qızın sevinci VİDEO FOTO

Tannah Butterfieldin videosu sosial şəbəkələrdə izlənmə rekordu qırır

arrow Ətraflı
"Peyğəmbərin və imamların şəkillərini yandırdım, çünki..." like
  • 13 Okt 14:44  
Digərləri "Peyğəmbərin və imamların şəkillərini yandırdım, çünki..."

Son.az publika.az-a istinadən ilahiyyatçı Elşad Miri ilə müsahibəni təq

arrow Ətraflı